
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Şəmkir rayonunda qolunu doğrayaraq xəstəxanada ölən şəxsin işgəncələrə məruz qalması ilə bağlı faktı araşdırıb.
Gununsesi.info xəbər verir ki, Komitənin sədr müavini Elçin Şirinov Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı komitə rəhbərliyi hadisə yerində olub.
“Məsələ ilə bağlı komitə rəhbərliyi olaraq hadisə yerində olduq və araşdırma apardıq. Aparılan araşdırma zamanı həmin şəxsə qarşı hər hansısa bir işgəncə faktı aşkar edilmədi”, – E.Şirinov bildirib.
Gununsesi.info