Şəmkirdə üç uşaq anası özünü asdı - EVİN ÇARDAĞINDAN

  • By admin
  • 04 Yanvar 2018 17:58

Şəmkir rayonunda üç uşaq anası intihar edib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə rayonun Təzə Posanlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova yaşadığı evin çardağında özünü asaraq intihar edib.

Qeyd edək ki, üç azyaşlı uşağın anası olan A.Hüseynovanın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info