Şəmkirdə yaşayış evində partlayış olub: Xəsarət alan var

  • By Günel
  • 14 Dekabr 2024 08:59

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.

Gununsesi.info -nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun kəndlərinin birindəki yaşayış evində qeydə alınıb.

Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Dərhal əraziyə FHN-in Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunublar.

Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.

Gununsesi.info