Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

  • By admin
  • 20 Dekabr 2016 20:47

qeza-yol-nishani-1-300x198

 

Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir

Gununsesişinfo-nun verdiyi məlumata görə, hadisə rayonun Qırxqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Sənan Tağıyev şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və qarşıdan gələn minik maşını ilə toqquşub. O, “təcili yardım” maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyat olunub. S.Tağıyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Digər avtomobilin sürücüsünün və sərnişinlərinin xəsarət almadığı bildirilir.

İlkin məlumata görə, S.Tağıyev avtomobili içkili vəziyyətdə idarə edirmiş.

 

Gununsesi.info