
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info