Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

  • By admin
  • 15 İyul 2017 13:06

avtoqeza

Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 15-də saat 2.00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Şamnur Namazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində o və sərnişini, həmkəndlisi Tural Mehdizadə hadisə yerində ölüblər.

Anar

Gununsesi.info