Sənədlər saxtalaşdırıldı, AFFA çempionatdan kənarlaşdırdı

AFFA U-13 və U-14 Liqalarında çıxış edən “Hindarx” (Ağcabədi) komandalarını yarışlardan kənarlaşdırıb.

Gununsesi.info xəbər verir ki, buna klubların müvafiq yaş qruplarından ibarət komandalarının heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.

Həmin futbolçuların 2024/2025-ci illər mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, “Hindarx” komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

 

 

Gununsesi.info