Sənədsiz ov tüfəngləri müsadirə olundu

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı, birinin qundağı və lüləyi kəsilmiş, ümumilikdə, 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

HTML tutorial

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.

Gununsesi.info