
Türkiyəli aktrisa Elçin Sangu siması olduğu şampun markasının ikinci reklamına çəkilmək üçün yenidən kamera arxasına keçib. Gununsesi.info xəbər verir ki, reklam rolikində aktrisaya 120 nəfərlik qrup yoldaşlıq edib. Rejissoru Luis Gerard olan reklam çəkilişi üçün aktrisaya 1 milyon türk lirəsi ödənilib. Hələ ekranlara çıxmayan reklamın bəzi görüntüləri yayılıb.
Bildirək ki, Elçin Sangudan öncə markanı Məryəm Üzərli reklam edirdi.
Sevinc Xeyrulla