
Yaradıcılığı dönəmində hər zaman işini layiqincə görüb, özü isə kamera önündə görünməyən rejissordan danışmaq istəyirəm – Sain Qəhrəman oğlundan…
Rəhimov Sain Qəhrəman oğlu – 20 fevral, 1978-ci ildə Bakıda doğulub. Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Teatr kollektivinin rejissoru” fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə sənətin sirrlərini bir sıra ustad müəllimlərdən, həmçinin səhnə danışığı fənnini Bürcəli Əsgərovdan, rejissorluğun nəzəri biliklərini isə Firdovsi Naibovdan dərs alaraq, oranı 1999-cu ildə uğurla bitirib. Sain elə tələbəlik illərindən özünə ustad hesab etdiyi Vaqif İbrahimoğlu məktəbini keçərək, ondan sənətin incə sirrlərini öyrənib. O, uzun müddət “YUĞ” teatrında həm aktyor olaraq, həmdə rejissor işi ilə bərabər bir sıra tamaşalar səhnələşdirib. 2000-ci ildən isə kino sahəsini öyrənmək üçün məşhur kinorejissor Ramiz Fətəliyev və kino aktyoru Fəxrəddin Manafovdan özəl dərslər alıb. Sonralar isə uzun müddət arzusunda olduğu film və serial çəkilişlərinə başlayıb.
Məşhurluğun bu qədər asan əldə olunduğu bir dönəmdə, o əziyyətlə və eyni zamanda sevgi ilə böyük işlər gördüyü halda məşhurluqdan, göz önündə olmaqdan hər zaman qaçıb. Mənim sənətim kadr arxasında olmaqdır prinsipi ilə işinə davam edib.
Çox vaxt müzakirələrə səbəb olub çəkdiyi bəzi seriallar. Serialı həqiqət sayan izləyicilər hətta rejissora bəddular da ediblər. Sosial şəbəkələrdə ona yazaraq “niyə belə oldu, o obraz niyə öldü?” – deyə, üsyan edənlər də olur. O, isə sakitcə yeni serial və film çəkilişlərinə davam edir.
Çünki peşəkarlıq bunu tələb edir. Ssenari şəkilində rejissora təqdim edilən bir işə oyunçular tərəfindən obraz yaradılsa da, rejissor işi çox böyük önəm daşıyır. Tamaşaçı baxanda istənilən hiss ilə təsirlənirsə, əsəb, sevinc, göz yaşları və s.duyğular yaranırsa demək ki, rejissor aktyor ilə işini paralel şəkildə gözəl görüb.
İstedadlı rejissor müxtəlif illərdə çəkdiyi serial və filmlərdə həm rejissor, həmdə direktor olaraq çalışıb.
Seriallar :
“Sənə inanıram”, “İkinci bahar”, “Tufanlı səma”, “Məryəm”, “Ögey ana “, “Qan qohumları “, “Təhminə və Zaur”, “Qara yazı “, “Son nəfəs”, “Yalan həqiqət”, “Mənim günahım ” , “Sənin deyil”, “Sara” serialı və s.
Filmlərinin siyahısı:
” Sadəcə sev” (müğənni Günay İbrahimlnin baş rolda oynadığı film) ;
Vətən uğrunda şəhid olan Xalid Quliyevə həsr olunmuş ” Ölümsüzlər” sənədli filmi (Aybəniz Haşımovanın həyat yoldaşı) ;
Milli Qəhrəman Elşad Yehyayevin həyatına həsr olunmuş sənədli film;
” İyirmi birinci möcüzə” filmi və digərləri
Bir sıra kliplərin rejissoru olub, sonuncu klipi isə Xalq Artisti Gülyanaq Məmmədovanın klip işidir.
Hal-hazırda Həmidə Ömərovanın, Oksana Rəsulova və Ziya Ağanın baş rollarda oynadıqları “Sara”(2) serilainin çəkilişlərini də davam etdirir.
Bu qədər sadaladığımız işləri reallaşdıran rejissor Sain Qəhrəman çox təvazökardır desək yanılmarıq. Gördüyü bütün peşəkar işlərə rəğmən heç bir zaman kamera və efir önündə görünməyi xoşlamadı. “Mən işimi görürəm, nə edirəm ki, efirlərə, kamera önünə də çıxım. Mənim görüləcək daha böyük işlərim olacaq” deyə daim öz üzərində işləyən Sain Qəhrəman oğlu demək olar ki, çəkdiyi film və seriallar ilə Azərbaycan xalqının böyük rəgbətini qazanıb. Amma və lakin çəkdikləri və göstərdikləri ilə efir məkanında olub, özü isə heç bir zaman görünmək arzusunda olmayıb.
Bu gün qısa bir yazı ilə onun nəzərən də olsa görünməsini istədim, həm gördüyü peşəkar işlərinə görə ona daim uğurlar diləmək üçün həmdə 2 avqust Milli Kino günü ilə bağlı peşə bayramını təbrik etmək üçün…
Hər zaman çək, göstər, yarat! Uğurlar!
Qeyd: Aşağıdakı fotolar çəkdiyi film, klip və seriallardandır:
Məmmədova İlhamə
Gununsesi.info