Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan regional liqasının yarımfinalı keçirilib.
Gununsesi.info xəbər verir ki, yumoristik yarışmada doqquz, o cümlədən Gürcüstan və Şimali Osetiyadan olan komandalar iştirak ediblər.
Turnirin nəticələrinə əsasən Kiçik Kuboku “Azneft” komandası, Orta Kuboku Gürcüstanın “Gənclər” komandası və “Baku FM” komandası qazanıb. Böyük Kubokun qalibi “SOQUL” (Şimali Osetiya) komandası olub.
Qalib komandalara kubokları Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov və “Kim? Harada? Nə vaxt?” teleoyununun Azərbaycandakı baş prodüseri Balaş Qasımov təqdim ediblər.
Gununsesi.info