Sənan Paşayevin Naxçıvana prokuror təyinatı birmənalı qarşılanmayıb

  • By admin
  • 23 May 2023 22:38

Məlum olduğu kimi, Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.

Bununla bağlı mayın 23-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənan Paşayev ötən ilin dekabr ayının sonlarında Naxçıvan MR prokurorunun müavini təyin olunmuşdu.

O daha əvvəl Azərbaycan Baş Prokurorluğunda İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışmışdı.

Onun adı bir sıra müxalifətçi və jurnalistlərlə bağlı cinayət işlərinin istintaqında tez-tez hallandırılıb. Onun insan haqları fəallarına işgəncə verməsinə dair də iddialar olub. Məhz buna görə də Sənan Paşayeva bu təyinatı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Onun təyinatına qarşı yüzlərlə paylaşımlar edilib və sərt tənqidlər ifadə olunub.

Afət
Gununsesi.info