Sənayedə kəskin azalma davam edir

  • By admin
  • 16 Avqust 2017 15:12

10

Rusiyada sənaye istehsalı iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz yüksəlib.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Federal Statistika İdarəsi (Rosstat) məlumat yayıb.

Belə ki, Rusiyada sənaye istehsalı iyul ayında əvvəlki ayın eyni dövrü ilə müqayisədə 2,4 faiz geriləyib. Lakin bu ilin yanvar-iyul aylarında sənaye istehsalı 1,9 faiz artıb.

Rusiya Mərkəzi Bankı hesablamalarına görə, ölkədəki sənaye istehsalı iyul ayında 3,1 – 3,6 faiz həddində artacağı gözlənilirdi.

Anar

Gununsesi.info