Səngəçal qəsəbəsində yaşayan şəxsin evinə baxış zamanı müxtəlif odlu və soyuq silahlar aşakr edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları tərəfindən Səngəçal qəsəbəsində yaşayan Asif Məmmədovun evinə baxış zamanı oradan pnevmatik tapança, kustar üsulla hazırlanmış bıçaq, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 3 ədəd patron aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info