Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.
SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülmüş, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.
P.S: Qeyd edək ki, son 1 ayda Səngəçaldakı qaz kəmərlərində 3-cü partlayışdı baş verir. Aidiyyati qurumlar isə bunun səbəbini araşdırmaqda maraqlı deyil.
Anar
Gununsesi.info