“Sənin dəstəkçilərinin intellekti ancaq söyüşəmi çatır?” - ARİF HACILI İLƏ RAUF ARİFOĞLU ARASINDA "SAVAŞ" BAŞLADI

  • By admin
  • 01 Avqust 2016 22:29

gorr

 

“Demişəm ki, Rauf Arifoğlu İlham Əliyevə təslim olub. Ya de ki, təslim olmamışam, ya cəsarətin çatmırsa sus”.

Gununsesi.info xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz “Facebook” səhifəsindəki statusunda yazıb.

“Yoxsa haqqımda nə böhtanlar yazırsan? Nə əfsanələr uydurursan?”-deyə, A. Hacılı daha sonra yazıb.

A. Hacılının bu statusu da öz növbəsində əməlli-başlı qalmaqala səbə olub.  Statusa yazılan şərhlərdə A. Hacılının tərəfdarları ilə R. Arifoğlunun tərəfdarları bir-birilərinə qarşı ən müxtəlif ittihamlar səsləndiriblər.

“Arif Hacılı, çevrənin, dəstəkçilərinin qabiliyyəti indi üzə çıxır. Sənin dəstəkçilərinin intellekti ancaq söyüşəmi çatır?”-deyə isə R. Arifoğlu A. Hacılının statusuna belə bir şərh yazıb.
Gununsesi.info