Meksikada ziyafətdə baş verən atışmada 12 gənc həlak olub.
Gununsesi.info xəbər verir ki, Meksikanın Quanaxuato əyalətində bir şənliyə silahlı hücum nəticəsində 12 gənc həyatını itirib, 12 nəfər isə yaralanıb.
Ştatın Salvatierra qəsəbəsindəki San Jose del Carmen fermasında keçirilən şənliyə qatılan gənclərə silahla hücum edilib. Hücumda 12 gənc həyatını itirib, bəziləri ağır olmaqla 12 nəfər yaralanıb. Hücumdan sonra polis geniş miqyaslı araşdırma başladıb.
Salvatierra bələdiyyəsin sədri German Servantes hücuma reaksiya verib. “Bu səhər nifrətlə baş verən şiddəti qınayıram. Prokurorluq və təhlükəsizlik qüvvələri tam koordinasiya içində lazım olanı edirlər”, – deyə o bildirib.
Meksikada ən çox qətl və hücumların baş verdiyi ştatlardan biri olan Quanaxuatoda bu il 3029 nəfər həlak olub.
Gununsesi.info