Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib.
Gununsesi.info-nun xəbərinə görə, mükafatlandırılanlar arasında professor, xalq artisti Mənsum İbrahimov da var.
Saytımıza ekslüziv açıqlamasında Mənsum İbrahimov bildirib ki, bu xəbəri şair dostundan alıb.
Bu ilin həm də zəfər ili olduğunu vurğulayan ifaçı bu münasibətlə xalqımızı da təbrik edib: ” Çox sevinicliyəm. İlin son günü aldığım bu orden mənim üçün yaxşı mənada böyük sürpriz oldu.
Hər müsahibəmdə deyirdim mənim üçün ən böyük bayram Ağdamın alınmasıdır. Artıq Ağdamımıza qovuşduq. Mən Ağdam məscidində azan verdim. Ali Baş Komandanın rəhbərliyi atında artıq qalib xalq olduq. Allahdan şəhidlərimizə erəhmət etsin. Qazilərimizə də can sağlığı versin”.
Turanə Tağızadə
Gununsesi.info