Sərbəst toplaşmaq azadlığına qoyulan qadağa götürülür?

  • By admin
  • 07 Yanvar 2024 11:42

Gələn ay ölkəmizdə növbədənkənar prezident seçkiləri uzun illərdən bəri ölkəmizdə sərbəst toplaşmaq azadlığı məsələsini yenidən aktuallaşdırıb.

Bir neçə ildir ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulub. Hətta kiçik qrupların belə dinc piketləri sonradan onların inzibati həbsləri ilə nəticələnir.

Son illər Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlarda inzibati həbslərdən verilən şikayətlər çoxluq təşkil edib.

Gələn ay ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirləcəyini nəzərə alsaq, o zaman dinc toplaşmaq azadlığı yenidən aktuallığını yaradır.

Seçki Məcəlləsinə görə, Prezidentliyə namizədlər ölkənin bütün hüdudlarında seçiciləri ilə açıq və qapalı məkanlarda görüşlər keçirməlidir.

Bəs görəsən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt ərazisində bu görüşlər üçün yerlər ayırıbmı? 

İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov əməkdaşımızın  davamlı zənglərinə  baxmayaraq, telefonun dəstəyini qaldırmadı.

İcra hakimiyyətinin  İctimai-siyasi,   humanitar   məsələlər və   dini   qurumlarla iş  şöbəsindən isə  Gununsesi.info-nun sorğusu qəbul edilsə də cavablandırılmayıb.

Şöbənin xanım əməkdaşı özünün bu barədə məlumatsız olduğunu deyib.

 

Elmar Elnuroğlu

Gununsesi.info