Sərdar Cəlaloğlu- PREZİDENTLİYƏ NAMİZƏDLİK ÜÇÜN MSK-YA MÜRACİƏT ETDİ

Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu da sənədlərini MSK-ya  təqdim edib
 
ADP sədri Sərdar Cəlaloğlunun  aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiqi üçün lazım olan bütün sənədlər MSK-ya təqdim edilib.
Bu barədə Gununsesi.info-ya ADP Seçki qərargahının rəhbəri Taliyət Əliyev məlumat verib.
O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə 5 gün ərzində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması ilə bağlı  məsələ öz həllini tapmalıdır.
S. Cəlaoğlunun namizədliyi MSK tərəfindən təsdiqlənəcəyi təqdirdə, ADP-nin namizədinin,  prezidentliyə rəsmi namizədliyinin qeydə alınması üçün  imza vərəqələri təqdim ediləcək.
T.Əliyev onu da əlavə edib ki,  partiya olaraq qısa zaman ərzində imza vərəqələrinin toplanmas üçün bütün gücümüzü səfərbər edəcəyik.
Mürtəza
Gununsesi.info
 

COMMENTS