Sərdar Ortaç Könül Xasıyevaya bu yolla dəstək olub- FOTO

Sərdar Ortaç Könül Xasıyevaya bu yolla dəstək olub

Türkiyəli müğənni Sərdar Ortaç xalq artisti Könül Xasıyevaya dəstək olub.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, Sərdar uzun müddətdir onurğa iflicindən əziyyət çəkən xanəndəylə bağlı İnstaqramında paylaşımlar edib.

Ortaç K.Xasıyevanın videolarına “Allah Könül xanıma şəfa versin. Azərbaycanın böyük sənətçisi” şərhini yazıb.

Təşkilatçı Nahid Emiloğlu isə türkiyəli sənətçinin K.Xasıyevanın repertuarından mahnı oxuyacağını bildirib.

Gununsesi.info

COMMENTS