Sərdar Ortacın arvadı Türkiyədən qaçdı

  • By admin
  • 16 Noyabr 2016 22:41

img2248156

 

Sərdar Ortacın irlandiyalı model həyat yoldaşı Hloey Lounanla olan evliliyi sona çata bilər.

Gununsesi.info xəbər verir ki, 46 yaşlı məşhur müğənni Sərdar Ortacın uşaq istəyinə həyat yoldaşı sərt reaksiya verib. O, karyerasını əsas gətirərək müğənninin övlad istəyinə qarşı çıxıb. Hloey Ortaca Türkiyədəki evi sataraq Amerikaya köçməyi təklif edib:

“Mənim burada gələcəyim yoxdur. Buradakı evi satıb Amerikaya köçək. Ya mənimlə gedək, ya da ayrılırıq”. Bundan sonra Amerikaya gedən 24 yaşlı model orada agentliklə müqavilə imzalayıb.

Kiprdəki konserti bitdikdən sonra Amerikaya gedən Ortac dəli olmaq üzrə olduğunu dilə gətirib:

“Evlilikdə yol ayrıcında qalmışıq. Arvadım Mayamidən 400 min dollara villa tapıb. İstinyədəki evimizi satıb oradan ev almağımızı, Amerikaya köçməyimizi istəyir. Gedib neynəyəcəyəm, küçədə gitara çalacağam? Sərdar Ortacı orada sayan kimdi? İşim, karyeram nə olacaq? Arvadımı da itirmək istəmirəm. Önümüzdəki bir həftə ərzində qərar qəbul edəcəyik. Ya oraya daşınacağıq, ya da mən təkcə geri qayıdacağam. Arvadı tərəfindən tərk edilən bir kişi olaraq burada qalacağam. Dəli olmaq üzrəyəm”.

Qeyd edək ki, Sərdar Ortac irlandiyalı model Hloey Lounanla 2014-cü ildə ailə həyatı qurub.

 

Gununsesi.info