“Sərhəd bölgəsini vuran raketlər Belarus ərazisindən atılıb” -Kiyev

  • By admin
  • 27 İyun 2022 13:33

Ukrayna bəyan edib ki, şənbə günü Kiyev yaxınlığındakı sərhəd bölgəsini vuran raketlər Belarus ərazisindən gəlib. Rusiya öz müttəfiqi Belarusu müharibəyə sürükləmək niyyətindədir.

Gununsesi.info bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Ukraynanın şimal hərbi komandanlığı “Facebook”da verdiyi yazılı açıqlamada bildirib ki, səhər saatlarında Belarus ərazisindən atılan 20 raket şimali Çerniqov vilayətinin Desna kəndini hədəf alıb.

Ukrayna Kəşfiyyat Xidmətindən verilən açıqlamada deyilir ki, 6 bombardmançı təyyarə Rusiyanın aviabazasından havaya qalxdıqdan sonra Belarusun cənubundakı Petrikav şəhərindən 12 qanadlı raket atılıb. Rusiya qüvvələrinin Kiyevin şimalında və Sumi bölgəsindəki hədəflərini vurduğu bildirilib.

Ukrayna kəşfiyyat xidməti həmçinin “Telegram”da yaydığı bəyanatda bildirib ki, bu aksiya Kremlin Belarusu Ukraynadakı müharibəyə cəlb etmək səyləri ilə birbaşa bağlıdır.

Gununsesi.info