“Sərhəd mühafizə orqanları haqqında” Qanuna dəyişiklik təklif edilir.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılır.
Hazırda qüvvədə olan qanuna əsasən, çevik hərəkət qüvvələri, Sahil Mühafizəsi, sərhəd nəzarətindən ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığı təmin edilirdi. Dəyişikliyə əsasən bura xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunur.
Gununsesi.info