Sərhədçimizin öldürdüyü türk sürücüsünün kimliyi bəlli oldu

  • By admin
  • 24 Avqust 2022 12:00

Xəbər verdiyimiz kimi, Azərbaycan Rusiya sərhəddində DSX hərbçisi Türkiyə vətəndaşı olan TIR sürücüsünü maşınla vuraraq öldürüb.

Gununsesi.info olayın təfərrüatını öyrənib.

HTML tutorial

Məlum olub ki, hadisəni törədən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Elmir Salahovdur.

O, DSX-yə məxsus olan xidməti “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən İsmayıl Şahin sürücünü vurub. Nəticədə sürücü hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Gununsesi.info