
Türkiyədən Şimali İraqa yükdaşıma xidmətləri həyata keçirən şirkətlərdən birinin avtomobilindən 7 milyon dollar pul oğurlanıb.
Axar.az xəbər verir ki, Habur sərhəd məntəqisini keçən avtomobilin sürücüsü 6 maskalı şəxsin soyğununa məruz qalıb.
Oğrular avtomobilin yük yerində torbalarda olan 7 milyon dolları götürərək oradan uzaqlaşıblar.
Maskalı şəxslər izlənilməmək üçün avtomobilin təkərlərinə atəş açıb və açaranı da götürüblər.
Məlumata görə, həmin pullar bir neçə şirkətə məxsus olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info