Sərhəddə hərəkətlənmə: Ankara bu raketləri Suriyaya tərəf çevirdi – Hər an vura bilər

  • By admin
  • 28 Fevral 2020 18:58

Türkiyə Kilis bölgəsindən Suriyanın İdlib bölgəsinə xüsusi təyinatlı dəstələr, artilleriya birləşmələri, hərbi maşınlar, atəş dəstək vasitələri göndərib.

“Haber Global”ın məlumatına görə, 22 maşınlıq hərbi karvan əvvəlcə Hataya, oradan isə İdlibə gedəcək.

Hatayın Kırıkhan rayonunda Hərbi Hava Qüvvələri (HHM) sistemlərinin yerləşdiyi bölgədə də aktivlik qeydə alınıb.

Kırıkhanda yerləşən hərbi bazada radar cihazları fasiləsiz fəaliyyətə başlayıb.

Həmçinin, bazada yerləşdirilmiş “Stinger” raketlərinin Suriya istiqamətində çevrildiyi müşahidə olunub.

Gununsesi.org