Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya  verilən məlumata görə, həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan verəcək.

Beləliklə, fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və ya aparılan mal və ya nəqliyyat vasitələrinin vaxtında qaytarılması gömrük orqanları tərəfindən ciddi nəzarətə götürüləcək. Fiziki şəxslər gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni, müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklər.

Fərmanın icrası ilə əlaqədar mövcud normativ hüquqi aktlarda müvafiq dəyişikliklər aparılmış və bu dəyişiklər ölkəmizə turist axınının artmasına mane olan halların aradan qaldırılmasına ölkəmizə səyahət edən turistlərin sayının artmasına da şərait yaradacaq.

Gununsesi.info