Sərhəddə saxlanılan azərbaycanlı zəvvarların problemi – Həll olundu

  • By admin
  • 22 Noyabr 2016 20:59

Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb:

“500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.

***

Kərbaladan qayıdarkən İraq-İran sərhəddində saxlanılmış azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub.

Bu barədə APA-ya zəvvvərlardan biri Həşimov Mirələm məlumat verib.

O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb.

Digərlərinin də tez bir zamanda buraxılması gözlənilir.

 

Gununsesi.info