Ukrayna ilə sərhədin Slovakiya tərəfində Vışne Nemetske keçid məntəqəsinin qarşısında yük maşınlarının növbəsi yaranıb. Bu, Polşa-Ukrayna sərhədində nəqliyyat vasitələrinin keçid məntəqələrini bağlayan polşalı daşıyıcıların etirazları ilə bağlıdır.
Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə Şərqi Slovakiya Polis İdarəsinin mətbuat xidməti öz Facebook səhifəsində məlumat yayıb.
Bu arada, Polşa və Ukrayna arasında sərhədi keçərkən yük daşımaları üçün gözləmə müddəti 48 saatı ötür. Polşa mətbuatının yazdığına görə, keçid məntəqəsi qarşısında yük maşınlarının növbəsinin uzunluğu 50 km-ə çatır.