Sərhəddə yük maşınlarının hərəkəti bərpa olunub

  • By ilhame
  • 27 Mart 2024 22:23

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

 

Bildirilir ki, “Yuxarı Lars” keçid məntəqəsində 4300-dən çox yük maşını növbə gözləyir.

 

Qeyd edək ki, ağır yük maşınlarının hərəkətinə üç gün əvvəl məhdudiyyət qoyulub.

Gununsesi.info