“Sərhədi qoruyur deyə insanlıqdan kənar hərəkətləri müdafiə etmək Avropa dəyərlərinə ziddi” - ÇAVUŞOĞLU

  • By admin
  • 08 Fevral 2022 16:36

“Avropanın sərhədlərini qoruyan varsa, o da bizik”.

Guunsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Haavisto ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

Yunanıstanı miqrantlara qarşı anti-humanist davranışda ittiham edən XİN başçısı bildirib ki, Türkiyə bu hərəkətlərin 10 %-ni etsə, ciddi tənqidlərə məruz qalar.

“Sərhədi qoruyur deyə insanlıqdan kənar hərəkətləri müdafiə etmək Avropa dəyərlərinə kökündən ziddi. İnsanlardan pasport və geyimlərini alaraq geri göndərirlər. Bu soyuqda insanların paltarlarının alınmasından danışırıq. İnsan haqlarının müdafiəçiləri haradadır? İnsan haqları müdafiəçilərinin başında Finlandiya gəlir. Ümid edirəm ki, bu məsələ ilə bağlı xəbərdarlıq edərsiniz. Biz Türkiyə olaraq İrandan gələnlərə qarşı belə rəftar etmirik”, – M.Çavuşoğlu vurğulayıb.

 

Guunsesi.info