“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası işlərinə kömək etməyə hazırdır”.
Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji komissarı Oliver Varhelyi xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Aİ rəsmisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı olduqlarını da diqqətə çatdırıb.
“Biz sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə, habelə minalardan təmizləmə əməliyyatına texniki dəstək verə bilərik” – deyə o vurğulayıb.
Gununsesi.info