
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub.
Gununsesi.info-nun məlumatına görə, Şərif Şərifov bürünc medal uğrunda görüşdə venesuela idmançısı Pedro Seballosu 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq “Rio-2016”nın mükafatçıları sırasında yer alıb.
Bununla da komandamızın hesabındakı medalların sayı 14-ə çatıb.
Gununsesi.info