Şərikləri azərbaycanlı iş adamını diri-diri basdırdılar - O, QƏBİRDƏN QARDAŞINA ZƏNG EDİB - FOTO+VİDEO

  • By admin
  • 06 İyun 2017 14:58

azerbaycanli biznesmen2

Moskvada baş verən bu hadisə döyüş filmlərindəki səhnələrə bənzəyir. 

Gununsesi.info-nun pressday.az-a istinadən verdiyi məlumata görə, iş adamı Hikmət Salayevi biznes tərəfdaşları diri-diri basdırıblar.

Yoldaşlar kişidən 30 milyon rubl tələb ediblər, öyrənəndə ki, ödəyə bilməyəcək, onu mobil telefonu ilə birlikdə Lyuberets qəbiristanlığında basdırıblar.

Salayev demək olar ki, qəbirdən qardaşı İsmayıla zəng edərək kömək istəyib. Qardaşı Hikməti oğurlayanlara 1,2 milyon rubl gətiriblər, ona həm də özünün BMW-535-ni verib.

Yalnız pulu və avtomobili alandan sonra Hikmət Salayevin haraya basdırıldığını deyiblər.

İsmayıl Salayev böyük qardaşını qəbirdən çıxararaq xəstəxanaya aparıb.

Məlumata görə, Hikmətin qabırğaları sınıbmış.

azerbaycanli biznesmen

https://www.youtube.com/watch?v=IMYFTbouZsQ&feature=youtu.be

Gununsesi.info