Havanın isti olmasından bezən Əhməd Melih Uçar adlı Türkiyə vətəndaşı sərinləmək üçün maraqlı bir üsula əl atıb
Gununesi.info xəbər verir ki, Tokat şəhərində restoranlardan birində baş aşbaz işləyən 36 yaşlı Əhməd Melih Uçar, istidən bezərək sərinlənmək üçün soyuducunun içərisinə girib.
Uçar restoranda içkilərin qoyulduğu soyuducunun içərisinə girərək bir müddət sərinləməyə çalışıb. Bununda kifayət etmədiyini görən aşbaz, dükanın yaxınlığında olan süni şəlaləyə gedərək burada sərinlənməyə davam edib. (Bizimyol.info)