“Sərkisyan Ermənistanı bütövlükdə Rusiyaya icarəyə verdi” - Deputat

  • By admin
  • 10 İyun 2016 14:27

Zahid Oruj

 

HTML tutorial

“Rusiya Ermənistanı hava məkanına nəzarət etməklə əslində, Qərbin Qafqaz və Xəzər bölgəsinə daxil olmasını əngələməyə çalışır”

 

“Ermənistan açıq şəkildə etiraf etməyə məcburdur ki, o bir dövlət kimi formalaşa bilmədi”. Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc Ermənistanın Hava Hücumundan Müdafiəsi sistemini Rusiya ilə birləşdirməsinə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti, iqtisadiyyatı ilə yanaşı təhlükəsizlik sahəsini də başqa bir ölkəyə təklif etməsi artıq onun müstəqil dövlət statusunu itirməsinə dəlalət edir: “Ona görə də bu gün Ermənistanı idarə edən Serj Sərkisyan ölkəni bütövlükdə başqa bir dövlətə icarəyə verir”.
russian rocket system Millət vəkili hesab edir ki, Rusiya Ermənistanı hava məkanına nəzarət etməklə əslində, Qərbin Qafqaz və Xəzər bölgəsinə daxil olmasını əngələməyə çalışır və Ermənistandan da bu məsələdə plastarm və alət kimi istifadə edir. “Onsuz da bu gün erməni ictimaiyyəti proseslərdən kənarlaşdırıldığından onların etirazı da nəticə vermir. Erməni xalqı yaxşı anlayır ki, sabah meydanlara çıxsalar, bunlar nəticəsiz qalacaq. Onlar da Ermənistanın artıq vassal bir əyalət olduğunun fərqindədirlər”, millət vəkili vurğulayıb. Politoloq Mübariz Əhmədoğlu da hesab edir ki, Ermənistan bu qərarı ilə özünü Rusiydan daha pis formada asılı vəziyyətə salmış oldu: “Bununla da Ermənistan öz hava məkanına nəzarət imkanını itirmiş olur. Çünki vahid Rusiya ilə Raket Əleyhinə Müdafiə sisteminə daxil olduğundan özü hər hansı formada müstəqil hərəkət emtək imkanına, nə də artıq hərəkətə yol verə bilməyəcək”.

rocket systemPolitoloq bildirdi ki, Ermənistan belə bir addıma atmaqla Avropa İttifaqı ilə imzaladığı açıq səma müqaviləsi də qüvvədən düşmüş olacaq. Ermənistan bu müqavilə əsasında ölkə müəyyən qədər də olsa investisiya cəlb edə bilmişdi, deyə M.Əhmədoğlu vurğuladı. Onun sözlərinə görə, Ermənistan Rusiya ilə bu sazişi imzalamaı 3-4 il idi ki, yubadırdı, ancaq sonra öz hava məkanını Rusiyaya təhvil verməyi qərara aldı. “Düzdür, bunun bir sıra səbəbləri var. Bir tərəfdən Ermənistan zəif olduğundan, onun texniki imkanları yetirmirdi, digər tərəfdən Rusiyanın təzyiqlərinə tab gətirməyib belə bir addıma getdi”- o qeyd etdi. Qeyd edək ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin (KMTM) baş katibi Nikolay Bordüja iyunun 8-də İrəvanda təşkilatın Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin iclasından sonra bildirib ki, Rusiya və Ermənistanın birgə Raket Əleyhinə Müdafiə Sisteminin yaradılması layihəsi hər iki ölkənin qanunvericilik səviyyəsində nəzərdən keçirilir. Qeyd olunan sistemin yaradılması haqqında saziş 2015-ci ili dekabrında Ermənistan və Rusiya müdafiə nazirləri Seyran Ohanyan və Sergey Şoyqu tərəfindən imzalanıb

 

Mürtəza Bünyadlı