

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 2-də bu ölkədə keçirilən parlament seçkilərinin yekunlarının artıq ilkin nəticələrini açıqlayıb. Və bu nəticəyə əsasən 4 siyasi partiya və blok seçkilərdə lazımı səsi toplayaraq, parlamentdə təmsilçilik hüququ əldə edib.
Ermənistandakı parlament seçkilərin yekunlarını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili Elman Nəsirova müraciət etdik.
Elman Nəsirov Gununsesi.info-ya Ermənistnda keçirilən parlament seçkilərin nəticələrini bölüşərək bildirdi ki, seçkilərin ilkin nəticələri artıq bəllidir:
“Seçki öncəsi verilən proqnozlar özünü təsdiqlədi. Ermənistanın mövcud hakimiyyəti bütün resurslardan istifadə edib, ölkənin gələcəyini düşünüb, İrəvanın Azərbaycanın işğal etdiyi torpaqların azad olunmasının vaciblyini qeyd edən və güzəştə getməsini istəyən siyasi qüvvələri seçki saxtakarlığı ilə uduzulmuş vəziyyətə saldı. Yəni, 2008-ci ildə qan üzərində və seçki saxtakarlığı yolu ilə hakimiyyətə necə gəlmişdisə, eyni yanaşma tərzini bu seçkilərdə də tətbiq etdi”.

-Demək istəyirsizniz ki, Sərkisyan rejimi xalqın gələcəyini düşünən qüvvələri “zərərsizləşdirməklə” öz xalqını daha dərin uçuruma yuvarladı…
-Tamamilə, doğrudur. Bu seçkilərin nəticəsi olaraq, Qarabağ məsləsində İrəvanın güzəştə getməsinin vacibliyini vurğulayan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın təmsil olunduğu blok və “Azad demokrtalar” Partiyası məğlubiyyətə uğradıldı. Məğlubiyyətə uğradılmış siyasi qüvvələr Ermənistanın həyata keçridiyi siyasətdə ciddi dönüşün edilməsinin vacibliyini qeyd edirdilər.

-Sizcə, bundan sonra proseslər necə inkişaf edəcək? Seçkilərin nəticələrinə görə, hakim Respublika Partiyası da hakimiyyəti təkbaşına formalaşdıra bilməyəcək?..
– İlk olaraq onu qeyd edim ki, bu seçkilər mövcud rejimin inzibati resurslardan və təsir mexanizmlərindən istifadə etsə də, sosial bazasının nə qədər zəiflədiyini ortaya qoydu. Nəticədə hakim rejim seçkidə istədiyi nəticəni əldə edə bilmədi. Ona görə də hakimiyyəti təkbaşına formalaşdıra bilməyəcək və hansısa siyasi qüvvə ilə razılaşaraq hakimiyyəti formalaşdıracaq. Düzdür, müəyyən konturlar görünsə də, ancaq indidən hansısa konkret proqnoz vermək çətindir.
Hesab edirəm ki, Sərkisyan hakimiyyətini qoruyub saxlamaq üçün istənilən qüvvə ilə, hətta, şeytanla da işbirliyinə gedəcək. Təki prezident kürsüsüni qoruyub saxlasın. Amma istənilən halda Ermənistanda ictimai-siyasi hadisələr bundan sonra ən mürəkkəb ssenari üzrə inkişaf edəcək və mövcud böhranlı vəziyyət daha da dərinləşəcək. Ermənistanı daha ağır siyasi kataklizmlər gözləyir. Hakimiyyət-vətəndaş qarşıdurması dərinləşəcək.

-Belə olan halda, hansı qüvvələr öndə olacaq?
-Hesab edirəm ki, ilk növbədə parlament seçkilərində süni yolla məğlubiyyətə uğradılanlar məğlubiyyətləri ilə razılaşmayacaq. Onlar müqavimət gösətərəcəklər. Digər tərəfdən xalq da seçkinin nəticələrindən razı deyil. Ölkədəki narazılıq və saxtakarlıqla barışmayan qüvvələrlə hakim qüvvə arasında qarşıdurma daha da gərginləşəcək. Bu da cəmiyyətdə özünü biruzə verəcək. Odur ki, biz yaxın gələcəkdə Ermənistanda yeni etiraz dalğalarının balşanacağının şahidi olcağıq. O baxımdan Ermənistanı qarşıda daha ağır və dərin siyasi böhran gözləyir.

-Elman müəllim, hakim komnada seçkidə qalib gəlsə də, monolit deyil. Çünki hakim komandada sabiq prezident Robert Köçəryanın yetərincə kadrları var ki, bu da onun daxilində ciddi parçalanmaya səbəb olurdu. Məsələn, seçkidən öncə baş nazir Karen Karapetyanla Serj Sərkisyan arasınd açıq mübarizə var idi. Bu mübarizə yəiqn ki, bunda sonra daha da dərinləşəcək və Ermənistanda belə demək mümkünsə, ikihakimiyyətlilik rəsmiləşəcək. Siz necə düşünürsünüz?
-Sərkisyanın partiyasının bu seçkilərdəki qələbəsini “taktiki qələbə” kimi qiymətləndirsək də, strateji cəhətdən, o, uduzub. Bu seçkilər istər müxalif düşərgənin daha da genişlənməsinə, istərsə də hakim komanda daxilində parçalanmasını vüsət almasına təkan verəcək. Və biz Ermənistanda daha dərgin siyasi mübarizənin şahidi olacağıq.
Hakimiyyətdə ikitirəliyin yaranmasına isə hakim komanda daxilində idarəetmə böhranın yaşanması səbəb olub. Məhz bunun nəticəsidir ki, Sərkisyanın kadrları bir-bir onu tərk etməyə başlayıb. Bu da istər- istəməz hakim komandada parcalanmalara yol açır.
Ondan üz döndərənlər isə ilk olaraq Robert Köçəryanın komandasına gedir. Köçəryanın da hakimiyyətdəki adamı baş nazir Karen Karapetyandır. Karapetyanla da Sərkisyan arasında ciddi ixtilafların olması ortadadır. Bundan əlavə, Robert Köçəryan seçkidən dərhal sonra Moskvadan İrəvana qayıtdı. Bu da istər-istəməz müəyyən suallar doğurur. Qənaətim bundan ibarətdir ki, bundan sonra Sərkisyan üçün heç də asan olmayacaq. Hakimiyyətdaxili parçalanma daha da dərinləşəcək və bu da nəticədə hakimiyyətin idarə olunmasının iflic vəziyətə düşməsinə gətirib çıxaracaq.

Mürtəza
Gununsesi.info