Sərkisyan müharibə amilini nəzərə alıb Ohanyanı vəzifədə saxlayıb

  • By admin
  • 22 İyun 2016 13:17

sarkisyan-ohanyan

 

HTML tutorial

Gununsesi.info erməni mətbuatına istinadən məlumat verir ki, Ermənistan Silahlı Qüvvələrində korrupsiya faktları ilə bağlı yüksək çinli məmurların tutduğu vəzifədən azad edilməsi narazılıq yaradıb. Nəticədə Serj Sərkisyanla müdafiə naziri Seyran Ohanyana arasında gərgin müzakirə baş verib. Belə ki, Ermənisatn prezidenti baş verən son hadisələrlə bağlı S. Ohanyana bildirib ki, Azərbaycanla müharibə amilini nəzərə aldığından onu tutduğu vəzifədən azad etməyi hələlik münasib bilmir. Sərkisyan bildirib ki, Ohanyan ya yaranmış vəziyyətlə əlaqədar reputasiyasını təmizləməli, ya da istefa verməlidir. Ohanyan isə yaxın ətrafına bildirib ki, istefa vermək fikri yoxdur: “Əgər pis işləyirəmsə, qoy, məni prezident tutduğum vəzifədən azad etsin” – , deyə o bildirib. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında bu ilin aprel ayında təmas xəttində baş verən gərginlikdən sonra Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Rabitə Qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən çıxarılıblar.

 Gülnaz Qənbərli