Sərkisyan Qarabağa gəlib –  FOTO

  • By admin
  • 30 Avqust 2017 21:45

40fb80335ffcd8997f175a6a949ef3d5
Ermənistan prezidenti Serj Sərkisyan axşam saatlarında Azərbaycanın işğal altındakı ərazilərinə növbəti qanunsuz səfərini reallaşdırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xankəndi aeroportunda onu Qarabağ separatçılarının başçısı Bako Saakyan qarşılayıb. Məlumata görə, Ermənistan prezidenti Qarabağdakı qondarma rejimin yaradılmasının 26-cı ildönümünü bayram etməyə gəlib.

Hələlik rəsmi Bakı işğalçı ölkə rəhbərinin bu həyasızlığına reaksiya verməyib.

Gununsesi.info