“Sərkisyan yaxşı analyır ki, Köçəryan iddiasını ortaya qoyan kimi onun sonu gələcək” - POLİTOLOQ

  • By admin
  • 02 Fevral 2017 12:05
sarkisyan
Ermənistanda  parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar və hakimiyyət uğrunda mübarizə daha da kəskinləşir
 Siyasi qüvvələr arasında hakimiyyət uğrundakı mübarizə ölkədəki mövcud iqtisadi, sosial və siyasi  böhranı daha da dərinləşdirir və çıxılmaz vəziyyətə salır. Bu gün artıq təkcə  sadə ermənilər deyil,  eyni zamanda, onun vaxtında hakimiyyətə gətirilməsində rol oynayan, ona dəstək verən, uzun müddət  komandasında çalışan qüvvələr də cinayətkar Serj Sərkisyanın  hərbi xunta  rejimindən nəinki cana doyub, ona qarşı böyük bir nifrət formalaşıb.
Bu gün təkcə müxalifət deyil, həmçinin, ona dəstək verən  qüvvələr, onun komandasında yer alan nümayəndələr belə Sərkisyan rejiminin hakimiyyətdən getməsi üçün mübarizəyə girişiblər. Erməni cəmiyyətində bu gün Serj Sərkisyan rejimini ermənilərə qarşı  “ağ genosid” siyasətini həyata keçirməkdə ittiham edirlər. Erməni ekspertlərin fikrincə, Sərkisyanın hakimiyyətə gəlməsi ilə ölkənin sosial-iqtisadi vəziyyəti elə həddə çatıb ki, artıq Ermənistanın bir dövlət olaraq  varlığı sual altındadır. Məhz bu siyasət nəticəsində ölkə əhalisi Ermənistanı sürətlə tərk edir.  Ölkənin sabahına inamı olmayan xalqın Ermənistanı tərk etməsi isə  dövlətçiliyə təhdid yaradır.
Erməni ekspertlər Sərkisyanın bu siyasətini “ağ genosid” hesab edirlər. İnsanı ya kütləvi surətdə qır, ya da yürütdüyün siyasət nəticəsində xalqın ölkəni tərk etməsi nəticəsində  dövlətin varlığı ciddi təhlükə yaratsın.
 Odur ki, siyasi qüvvələr 2017-ci ilin aprelində Ermənistanda  keçiriləcək parlament seçkiləri yolu ilə Serj Sərkisyan rejimini yola salmaq istəyir.  Ona görə də indiki məqamda Ermənistanda bir zamanlar Serj Sərkisyan komandasına olan və sonradan “vurulan” komanda üzvlərinin təmərküzləşməsi prosesi gedir. Bu qüvvlər Robert Köçəryanın dövründə xarici işlər naziri işləmiş Vardan Oskanyanın lider olduğu “Birlik” Partiyasının ətrafında   formalaşdırılan siyasi blıokda toplaşmaqdadır.  Bu bloka nəinki  müxalif qüvvələr, eni zamanda, yaxın zamanlaradək Serj Sərkisyan komandasına yer alan yüksək rütbəli məmurlar, nazirlər də qoşulmaqdadır. Hətta, hakim komandanın üzvü olan  şəxslər də hakim partiyanın sıralarını tərk edərək,  müxalifətin cərgəsinə qoşulamqdadır.
Necə deyərlər, artıq Serj Sərkisyan komandasında bir “yarpaq tökümü” dövrü  başlayıb. Sabahı görənlər artıq Serj Sərkisyanın batan gəmisindən özünü xilas etməyə çalışır. Elə bu günlərdə Ermənistanın sabiq baş naziri Ovik Abramyanın da hakim partiyanı tərk edərək, müxalif düşərgəyə keçməsi də bunun bariz göstəricisidir.
Bundan əlavə olaraq bir zamanlar siyasətdə olub, sonradalar siyasi proseslərdən çəkilən şəxslərin də yenidən Sərkisyan rejimin hakimiyyətdən uzaqlaşdırlması üçün siyasi proseslərə qayıtması  Ermənistanın hakim cinayətkar  hərbi xunta rejimini təşvişə salmaqdadır.
Ermənistanda  ciddi iş adamı və oliqarx hesab edirlən Qaqik Çakuryanın, keçmiş dissident, “Milli Özmüqəddəratını Təyinetmə” Birliyinin lideri Paruyr Ayrikyanın, Sərkisyan komandasının  son bir neçə ayadək müdafiə naziri olan Seyran Ohanyanın, Demokratlar Partiyasının, Sərkisyan hakimiyyətində Prezident Administrasiya rəhbərinin müavini olmuş Viktor Dəlləkyanın “Üçüncü Respublika” Partiyasının bir araya gəlməsi hakim rejimi ciddi narahat etməkdədir. Hətta,  Sərkisyan bu təşvişini gizlətmir və açıqca dilə gətirir. Məsələn, o, Qaqik Çakuryanın  yenidən siyasi səhnəyə qayıdışını alqışlamadığını açıq bəyan edib.
Bu, görünən səhnədir. Ancaq  bu siyasi səhnənin arxasında görünməyən tərəflər də var ki, bunlar daha ciddi  qüvvələrdir. Onların başında dayananlardan biri və əsası sabiq prezident Robert Köçəryandır. Düzdür, o, hələ hakimiyyət uğrunda mübarizədə mövqeyini açıq ortaya qoymasa da, artıq neçə ildir Sərkiyana qarşı müxalif mövqedədir. Sərkisyan hakimiyyətdə olmasına baxmayaraq, onun bu gün ölkədəki hakim rejimə ciddi təsir mexanizmləri var. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə  hakim partiyanın üzvü olmayan və Köçəryanın yaxın adamı Karen Karapetyan Ermənistanın baş naziri oldu. Proseslərin gedişi onu göstərir ki, seçkilər yaxınlaşdıqca erməni cəmiyyətində daha ciddi proseslər və təlatümlər olacaq.
 Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə isə  Gununsesi.info-ya açıqlamsında  Ermənistandakı seçkiöncəsi proseslərə toxunaraq bildirib ki, bu gün Ermənistanda elə siaysi proseslər formalaşmaqdadır ki, bunu ənənəvi iqtidar-müxalifət arasındakı  mübarizə adlandırmaq düzgün deyil.
“Bu gün Ermənistnda baş verən proseslərə nəzərə salanda görürsən ki, Serj Sərkisyan komandasına qarşı mübarizə aparıb, onun hakimiyyətdən uzaqlaşdırmaq istəyənlər, elə hakim partiya üzvləridir. Hansı ki, onlar  elə bu yaxınlaradək hakim Respublikaçılar Partiyasının  rəhbərliyində təmsil oluanan şəxslər olub. Bu adamların bir qismi zamanında Robert Köçəryanla işləyib, digər qismi bu yaxınlaradək Serj Sərkisyan komandasında  baş nazir,  nazir və ya digər yüksək post tutmuş insanlar olub. Prosesə hətta, ordu generalları aktiv surətdə qatılıb. Bu qüvvələrin arxasında dayan isə Robert Köçəryandır. Odur ki, Ermənistanda baş verən bu proses hakim komandanı ciddi sarsıdıb və onlar hazırda təşviş içindədirlər.
Çünki gün keçdikcə hakim komandanı tərk edənların sayı artır və yaxın gələcəkdə bu proses kütləvi hal ala bilər. Sərkisyan komandasından  kütləvi “fərarilik” isə istisna deyil, əksinə, gözlənilən haldır. Bu günlərdək Sərkisyanın “sağ əli” olmuş sabiq baş nazir Ovik Abramyanın onu tərk etməsi bunun aydın göstəricisidir. Bu, sadə bir fiqur deyil. Yəqin ki, o, nə baş verdiyinin fərqindədir. O, yaxşı başa düşür ki, Sərkisyan hakimiyyəti iflasa gedir və ona görə də zamanında bu “gəmini” tərk edib. O baxımdan seçkilər yaxınlaşdıqca biz belə halların daha tez-tez şahidi olacağıq”- deyə, politoloq vurğulayıb.
İ.Vəlizadə əlavə edib ki, S. Sərkisyan da  bunu gördüyündən indidən həmin qüvvələrlə anlaşamaya gedərək, siyasi alver  etmək istəyir:
“Siyasi alver yolu ilə  hakimiyyətdə özünü qoruyub saxlamaqla, hakimiyyətin müəyyən qismini onlarla bölüşmək istəyir”.
 Müxalifətin zəif cəhtləri haqqında fikrini bölüşən politoloq bildirib ki, bu gün  Ermənistan müxalifətinin əsas problemi ciddi vahid  liderinin olmamasıdır.
“Ancaq bu müxalifətin arxasında ciddi siyasi fiqur kimi Robert Köçəryan dayanıb ki, o da hələ siyasi iddiasıı açıq formada ortaya qoymayıb.  Levon Ter-Petosyana gəldikdə isə, o, artıq  nüfuzunu itirib və bir marginal siyasətçiyə çevrilib. O baxımdan Petrosyan bu gün ermıni müxalifətinin əsas lideri sayılmır”- deyə, politoloq vurğulayıb.
İ.Vəlizadə bildirib ki, Sərkisyan da bu qüvvələrin arxasında R. Köçəryanın dayandığını bildiyindən “qanı” sözün əsl mənasında qaradır.
“Sərkisyan yaxşı analyır ki, Köçəryan iddiasını ortaya qoyan kimi onun sonu gələcək. Çünki Köçəryan  aktiv siyasətə başlayan kimi hakim komanda elə həmin gün dağılacaq. Ona görə ki, hakim komandada Köçəryanın yetərincə sosial bazası var və onlar həmin anı gözləyir. Elə bugünkü baş nazir Karen Karapetyan da onun adamıdır. Odur ki, Sərkisyan əsl təhlikənin ona haradan olduğunu yaxşı analyır. Burada digər ciddi məqam da ondan ibarətdir ki, Sərkisyan da, Köçəryan da “Qarabağ klan”ının nümayəndələridir. Burada fərqli məqam isə ondan ibarətdir ki, Sərkisyandan fərqli olaraq, Köçəryanı digər klanlar da dəstəkləyir. Bütün bunların fərqində olan Sərkisyan hər vəchlə parlament seçkilərində siyasi alverə gedərək, hakimiyyətə bölüşmək istəyəcək. Ancaq bunu necə edəcək, kimlərlə hansı şərtlər və tələbələr daxilində olacaq, o, barədə danışmaq hələ tezdir”- deyə, o,bildirib.
Politoloq onu da deyib ki, əgər siyasi alver alınmasa və Sərkisyan  seçkiləri saxtlaşdırmağa əl atarsa, o zaman ölkədə inqilab qaçılmaz olacaq.
“Artıq  müxalifət tərəfindən bunun mesajı da verilib.  Sərkisyanın qarşısında iki yol var. Birincisi siyasi alver yolu ilə hakimiyyəti bölüşmək. O zaman müxalifət daha çox yer istəyəcək ki,  bu da elə Sərkisyanın sonu deməkdir. Ya sivil qaydada uduzaraq, özünün  toxunulmazlığını təmin etməklə hakimiyyətdən getmək. Digər yol isə zor yoludur və bu yol onun üçün daha təhlükəlidir. Əgər Sərkisyan zora əl atacaqsa, bu yol, onun məhvi demək olacaq. Və kimsə onu xilas edə bilməyəcək. Odur ki, Ermənistanda seçkilər yaxınlaşdıqca  biz  bir çox siyasi sürprizlərin şahidi olacağıq”.
Mürtəza Bünyadlı
Gununsesi.info