Sərkisyandan şahzadəyə gülməli “hədiyyə”

  • By admin
  • 30 May 2018 23:52

Ermənistan Prezidenti Armen Sərkisyan erməni xarakterinə uyğun “səxavət” nümayiş etdirib.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, Sərkisyan Britaniya şahzadəsi Çarlza bağ hədiyyə etdiyini bildirib.

Şahzadəni Ermənistanın “böyük dostu” adlandıran, onun hər zaman “İrəvan – məhəbbətim mənim” layihəsinə dəstək olduğunu bildirən Sərkisyan qeyd edib ki, ailəmin sahib olduğu yeganə dəyərli şey kiçik bağımızdır: “O bağ mənim övladlarıma və övladlarımın övladlarına məxsusdur. Bu bağı ona hədiyyə edirəm”.

Sərkisyan bağın Ermənistanın harasında yerləşdiyini açıqlamayacağını da bildirib.

Əlbəttə, Sərkisyanın “övladlarıma və övladlarımın övladlarına” məxsus olduğunu xüsusi vurğuladığı “kiçik bağa” Çarlzın yaxın düşməyəcəyi gün kimi aydındır. Və ümumiyyətlə, şahzadə Çarlza İrəvanda kiçik bağ lazımdırmı?

Qeyd edək ki, Armen Sərkisyan Ermənistanın Britaniyada səfiri olub.