“Bu günlərdə Ermənistanın hazırkı siyasi rəhbərliyinin azərbaycan xalqı ilə yanaşı erməni xalqına qarşı da yeritdiyi soyqırım siyasətinin ağır nəticələri barədəki acıqlamaları ilə diqqət cəkən erməni hüquq müdafiəcilərinin Bakıya səfəri bir nevə il bundan əvvəlki bir hadisəni xatirimə saldı.Ağdam rayonunun Ermənistanın işğalcı silahlı qüvvələri ilə təmas xəttinə yaxın kəndlərinin birində erməni snayperi tərəfindən yaşadığı evin həyətində güllələnən 9 yaşlı Fariz Bədəlovun ölümü ilə əlaqədar Milli Məclisin iclasında cıxış edərkən sözümü Ermənistanın prezidenti Sery Sarkisyana və onun xanımına müraciətlə bitirmişdim. Mən onların diqqətinə erməni gənclərini uşaq qatili olmağa vadar edən siyasətlə,günahsız körpələri öz evində öldürmək əmri vermək kimi bir cinayətlə, tarix qarşısında məsuliyyət daşıdıqlarını catdırmaqla vicdanlarını oyatmağa cəhd göstərmişdim. O zaman bir coxlarının, o cümlədən, mənim də təəccübümə səbəb olan bir hadisə baş verdi. Ermənistan prezidenti mətbuat vasitəsi ilə müraciətimə cavab verdi”.
Gununsesi.info xəbər verir ki, bunu vitse-spiker Bahar Muradova öz “Facebook” statusunda yazıb.
B. Muradova yazıb ki, görünür buna səbəb onun xanımına da üz tutmağı olubmuş.
“Nəzərə alsaq ki, Farizin ölümü də 8 mart beynəlxalq qadınlar günü ərəfəsində olmuşdu,onun reaksiya verməsi bir növ bu hadisədən yaxasını kənara cəkərək, analar qarşısında günahkar görünməməyə calışmaqla, özünün qorxunc simasını gizlətmək cəhdi ola bilərdi. Amma cavabla tanış olduqdan sonra bu şəxsin nə vaxtsa vicdan əzabı cəkmək kimi bir keyfiyyətinin olmadığına bir daha əmin oldum. Erməni hüquq müdafiəciləri isə Sərkisyan rejimini ceşidli cinayətlərdə ittiham etməklə, erməni xalqının daha ağır durumda olduğunu vurğuladılar. İndi mənim ücün cox maraqlıdır: Serj Sərkisyanın öz soydaşlarının,hər birinin təhlükəsiz şəraitdə yaşamını təmin etməli olduğu erməni vətəndaşlarının bu ağır ittihamlarına cavabı olacaqmı? Əgər olacaqsa, yenədəmi öz cinayətlərinə Azərbaycan tərəfini şərik etmək istəyəcək?
Razılaşın ki,münaqişənin mövcud olduğu müddətdə erməni rəsmi siyasətinin mahiyyətini və ic üzünü acmaq baxımından maraqlı bir dövrə qədəm qoymuşuq.Bu barədə ən kəskin fikirlər erməni hüquq müdafiəciləri tərəfindən , özü də Bakıdan səslənir.İndi artıq məsələ yalnız vicdan məsələsi deyil, daha cox hakimiyyətdə qalıb- qalmamaq məsələsidir. Odur ki, Sery Sərkisyanın reaksiyasının nə olacağı cox maraqlıdır.Əgər dünənə kimi qadın ,uşaq,qoca bilmədən yalnız azərbaycanlı olduqları ücün vəhşicəsinə öldürmək əmrini erməni əsgərləri canla- başla yerinə yetirirdisə,artıq bu gün vəziyyət dəyişməkdədir. Söhbət Sərkisyanın erməni xalqına qarşı apardığı soyqırım siyasətindən, ölkə icində tənqidi səslərin susdurulmasından, hakimiyyət əleyhinə olan etirazları qanla yatırmaqdan, muxalif fikrə dözümsüzlükdən və bunun ücün ən ağlagəlməz cinayətlərə əl atmaqdan gedir.
Axı, erməni əsgəri də erməni vətəndaşıdır.Başqa olkənin ərazisini işğal altında saxlamaqla kecən xidmət hec də asan xidmət deyil. Üstəlik dözülməz iqtisadi və mənəvi şərtlər altında.Əsəbləri zəif olan əsgər əlindəki silahı öz xalqını cətin sosial ,iqtisadi və mənəvi sarsıntılarla üzbəüz qoyan,eləcə də qonşu dövlətlər və xalqlara qarşı düşməncilik aparmaqla özünütəcrid siyasəti yeridən bir reyimə qarşı cevirə bilər. Düşünürəm ki, Sərkisyanın yaxşı-yaxşı düşünməsi və nəticə cıxarması ücün kifayət qədər əsas var. Nəzərə alsaq ki,Sərkisyanı bütün bu cinayətlərdə suclayan erməni ictimaiyyətinin tanınmış simaları cıxış yolu tapılması ücün ümid yeri kimi qəbul etdikləri Azərbaycan Prezidentinə üz tuturlar,məhz ona müraciət edirlər. Odur ki, Sərkisyan nə qədər ki gec deyil öz xalqını və vətəndaşlarını eşitməli ,onların müraciətlərinə və cağırışlarına qulaq asmalı, soyqırım və təcavüzə əsaslanan ,bölgəni fəlakətə sürükləyən düşmənciliyə son qoymaq niyyətinə xidmət edən siyasət ortaya qoymalıdır. Əks təqdirdə bunu artıq hər iki xalqın ümid və pənah yeri olan Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev edəcək”-deyə, B. Muradova daha sonra yazıb.
Kamil HƏMZƏOGLU
Gununsesi.info