
Nə əhali, nə də dövlət pulunu iqtisadiyyata yatırmağa risk edir
Ölkə iqtisadiyyarına yatırılan sərmayələrdə kəskin azalma var. Gununsesi.info-nun Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında əsas kapitala yönələn vəsait 7.9 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30 faiz azdır.
Ümumi sərmayənin 27.7 faizi dövlət, 72.3 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşür. İnvesitisiya xərclərində əsas azalma büdcə xərclərində və büdcədən kənar fondların yatırımlarında müşahidə edilir.
2016-ilin yanvar-iyul (manatla) 2015-ci ilin yanvar-iyun ilə müqayisədə vəziyyət (faizlə)
Cəmi 7.9 milyard manat – 29.7
Müəssisə və təşkilatlarln vəsaitlər 5.8 milyard – 31,2
Bank kreditləri 752.8 milyon 33.3
Büdcə vəsaitləri 1 milyard – 49,6
Büdcədənkənar fondların vəsaitləri 79.8 milyon – 50
əhalinin şəxsi vəsaiti 260 milyon – 16.8
Sair vəsaitlər 21.2 milyon – 75.4
Göründüyü kimi, ölkəyə yatırılan sərmayələr, bank kreditləri istisna olmaqla, bütün istiqamətlərdə azalma var. Bank kreditlərində müsbət vəziyyətinin yaranmasının səbəbi isə, Dövlət İpoteka Fondu və Sahibkarlığa Kömək Milli Fondu, habelə büdcə vasitəsilə bəzi dövlət kredit qoyuluşlarının həyata keçirilməsidir. Əks təqdirdə, bankların indiki durumunda, kredit portfellərinin azaldığı şəraitdə 33 faizklik artıma nail olmaq olmazdı.
Diqqət çəkən məqamlardan biri dövlət investisiya xərclərinin cəmi 1 milyard manat təşkil etməsidir. “Statkom”un hesabatından məlum olu ki, büdcənin əsaslı vəsait qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalıb. 2016-ci ilin büdcə xərclərində 3.5 milyard manat ayrılması proqnozlaşdırılıb. İlin 7 ayında isə onun cəmi 1 milyardı xərclənib. Çox güman ki, qalan xərcin ya hamısı tam icra olunmayacaq, ya da əvvəlki illərdə olduğu kimi, ilin son ayında-dekabrda büdcədən “silinəcək”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info