
Cammu və Kəşmir bölgəsində avtobusun dik yamacdan aşması nəticəsində ən azı 38 nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, “Hindustan Times”ın məlumatına görə, 55 sərnişini daşıyan avtobus Doda rayonunda 200 metr hündürlükdən aşıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Cammu və Kəşmir qubernatorunun müavini Manoj Sinha yazılı açıqlamada qəzada ölənlərə başsağlığı verib.
Gununsesi.info