Sərnişin avtobusu körpüdən aşdı: 31 nəfər ölüb, 10 nəfər yaralanıb

  • By admin
  • 28 Fevral 2024 14:53

Malidə sərnişin avtobusunun körpüdən aşması nəticəsində 31 nəfər ölüb. Hadisə avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Gununsesi.info xəbər verir ki, Nəqliyyat Maliyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin xəsarət aldığını açıqlayıb.

Məlumata görə, Burkina-Fasoya gedən avtobus Baqo çayını keçərkən körpüdən aşıb.

Malidə yolların bərbad olması səbəbindən tez-tez yol qəzaları baş verir. Fevralın əvvəlində paytaxt Bamakoya gedən avtobusun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər ölüb, 46 nəfər yaralanıb.

 

Gununsesi.info