Sərnişin avtobusu körpüyə çırpıldı, yaralılar var FOTO+VİDEO (YENİLƏNİB)

  • By admin
  • 06 Sentyabr 2016 16:48

sernisin

Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib. 

Gununsesi.info həbər verir ki, yol nəqliyyat hadisəsi paytaxtın  Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında baş verib. Avtoqəza zamanı  60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət olarkən  idarəetməni itirərək   yaxınlıqdakı körpüyə çırpılıb.  Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə  soyadı hələlik məlum olmayan sürücü Ruslanın  vəziyyətini ağırdır. Qəza zamanı avtobusun yağı dağıldığı üçün yanğın təhlükəsi yaranıb. Bu səbəbdən  hadisə yerinə FHN əməkdaşları cəlb olunub.  Apardığımız araşdırma zamanı məlum oldu ki, hadisəyə səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub. Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.

Faktla bağlı Nizami rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

****

14:32

Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib.

Gununsesi.info Azadlıq.info-ya istinadən xəbər verir ki, 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb.

Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətini ağır olduğu deyilir.

Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.

Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.

Təcili Tibbi Yardımdan isə bildirilib ki, xəstələrin vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələlik məlumat verilməyib.

 

neft1

 

neft2

 

neft3

 

neft4

 

neft5

 

qeza

 

qeza1

 

qeza2

 

Gununsesi.info