Sərnişin avtobusu piyadanı vuraraq öldürüb

  • By admin
  • 23 Noyabr 2017 11:54

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. 

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

61 saylı xətt üzrə hərəkətdə olan avtobus yolu keçən piyada, 1963-cü il təvəllüdlü Şahzadə Qoçu qızı Paşayevanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info