
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara-Konya avtomobil yolunda sərnişin avtobusu inəyə çırpılaraq, yoldan çıxıb və aşıb.
Belə ki, qəza nəticəsində 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda təcili yardım avtomobili və xiasedicilər göndərilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Yaralıların xəstəxanada müalicəsi davam edir. Faktla bağlı araşdırma başlanılıb.
Anar
Gununsesi.info