Hindistanın Uttarxand ştatında 50 sərnişini olan avtobusun xəndəyə yuvarlanması nəticəsində azı 36 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, polis avtobusun 42 nəfər tutumunun olduğunu və qəzaya həddindən artıq yüklənmənin səbəb ola biləcəyini bildirib.
200 metr dərinlikdəki dərəyə düşən avtobusda çox sayda insan yaralanarkən, bəzi sərnişinlərin avtobusun pəncərəsindən çaya atıldığı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma başlansa da, ölənlərin ola biləcəyi bildirilir.
Orxan Saffari